Füzuli Su Elektrik Stansiyasının açılışında İlham Əliyevin nitqi

15 dekabr 2012, 19:00

- Əziz dostlar, əziz füzulililər!

Bu gün sizinlə bərabər olmaq mənim üçün çox xoşdur. Dördüncü dəfədir ki, Prezident kimi Füzuli rayonuna səfər edirəm. Bu dəfə gözəl obyektlərin açılışında iştirak etmişəm. Onların içində əlbəttə ki, ən böyük obyekt Füzuli Su Elektrik Stansiyasıdır.

Dörd il bundan əvvəl sizinlə bərabər bu stansiyanın təməl daşını qoyduq. Çox şadam ki, artıq stansiya istifadəyə verilmişdir. Son illər ərzində Azərbaycanda tikilən ən böyük su elektrik stansiyasıdır. Gücü 25 meqavatdır və Füzuli rayonunun enerjiyə olan tələbatının bir hissəsini ödəyəcəkdir. Stansiyanın əhəmiyyəti ondan ibarətdir ki, bu, su elektrik stansiyasıdır. Burada istehsal olunan enerjinin qiyməti də aşağıdır. Eyni zamanda, bu stansiya vaxtilə işğal edilmiş ərazidə yaradılmışdır. Bu da stansiyanın əhəmiyyətini böyük dərəcədə artırır. Erməni işğalçı qüvvələri Füzuli rayonunu işğal etmişlər. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu rayonun bir hissəsini işğalçılardan azad etmişdir. Artıq bu ərazilərdə böyük quruculuq-abadlıq işləri aparılır, evlər tikilir, binalar bərpa edilir, sənaye müəssisələri yaradılır.

Bu gün mən Füzulidə bir neçə obyektin açılışında iştirak etmişəm. Gənclər Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Heydər Parkının, məktəbin və digər obyektlərin açılışlarında iştirak etmişəm. Əvvəlki dövrdə Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, Diaqnostika Mərkəzi tikilmişdir. Yəni, Füzuli rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Beş il bundan əvvəl Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir və bu gün Horadiz uğurla inkişaf edir.

Növbəti illərdə Füzuli rayonunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Erməni vəhşiləri tərəfindən dağılmış evlərin bərpası məsələsi də vardır. Bu gün bu barədə məsələ qaldırıldı. Bu məsələ də öz həllini tapacaqdır. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün əlavə tədbirlər görüləcəkdir.

Yeni stansiyanın işə salınması əslində Azərbaycanda bu sahədə görülən işlərin təzahürüdür. Çünki son illər ərzində ölkəmizdə elektrik enerjisi ilə bağlı bütün məsələlər yüksək səviyyədə öz həllini tapmışdır. 1500 meqavat yeni güclər yaradılmış və beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyi məsələlərini tam şəkildə həll etmişdir.

Əvvəllər biz elektrik enerjisini idxal edirdik. İndi isə biz qonşu ölkələrə - Türkiyəyə, Gürcüstana, İrana, Rusiyaya elektrik enerjisini ixrac edirik. Yəni, biz bu sahədə ciddi dönüş yarada bilmişik. Bu gün bütün bölgələrdə elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Yeni tikilən və tikilməkdə olan stansiyalar bizə imkan verəcək ki, bu sahədə əldə edilmiş uğurları artıraq.

Hazırda ölkəmizin cənubunda “Cənub” elektrik stansiyasının tikintisi davam edir. Bakıda “Şimal-2” elektrik stansiyasının tikintisi davam edir. Bu iki stansiyanın toplam gücü 1200 meqavatdan artıqdır. Yəni, biz bütün bu planları elə qururuq ki, gələcəkdə də Azərbaycan enerji təhlükəsizliyi məsələlərində daim öz sözünü dünyada deyə bilsin. Bu gün Azərbaycanda bu sahədəki icra edilən layihələr nəinki ölkəmiz, regionumuz üçün, eyni zamanda, Avropa üçün də çox böyük əhəmiyyət daşıyır. Bütün sahələrdə olduğu kimi, iqtisadiyyat və sosial məsələlərin həlli üçün vacib olan enerji təhlükəsizliyi məsələləri də yüksək səviyyədə həll edilir. Bu stansiya bunun gözəl nümunəsidir.

Bu stansiya ekoloji cəhətdən də çox sərfəlidir. Bildiyiniz kimi, son illər ərzində Azərbaycanda bütün stansiyalar ya qaz ilə, ya da su mənbəyi hesabına fəaliyyət göstərir. Biz artıq mazutdan istifadə etmirik və beləliklə, ölkəmizin ekoloji vəziyyətini də yaxşılaşdırırıq. Ancaq iqtisadiyyat artır, tələbat artır, əhalinin sayı artır. Beləliklə, elektrik enerjisinə olan tələbat artacaq və yenə qeyd etmək istəyirəm ki, biz yeni stansiyaların tikintisi ilə məşğuluq. Hazırda bərpa olunan elektrik enerjisinin yaradılması ön plandadır və bu sahədə su, külək, günəş stansiyalarının tikintisi nəzərdə tutulur.

İqtisadi artım, əlbəttə, tələb edir ki, biz iqtisadiyyatı sürətləndirmək üçün əlavə tədbirlər görək. Çünki Azərbaycanda son illər ərzində əldə edilmiş iqtisadi uğurlar, yeni yaranmış müəssisələr, infrastruktur layihələrinin həyata keçirilməsi, əlbəttə ki, ölkəmizi böyük dərəcədə qabağa aparmışdır. İqtisadi sahədə əldə edilmiş uğurlar bizə imkan verir ki, sosial məsələləri də uğurla həll edək. Çünki bu iki məsələ bir-biri ilə sıx bağlıdır.

Bütün beynəlxalq kredit reytinqləri böhranlı illərdə Azərbaycanın iqtisadi göstəricilərini yüksək qiymətləndirirlər, iqtisadiyyatımız rəqabət qabiliyyətli, dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi siyasətdə ancaq daxili imkanlara arxalanırıq. Bizi bəzi başqa ölkələrdən fərqləndirən cəhət məhz ondan ibarətdir ki, xarici dövlət borcumuz çox aşağı səviyyədədir. Biz yalnız Azərbaycanın daxili imkanlarını səfərbər edərək öz iqtisadi gələcəyimizi qururuq. Bu sahədə, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bizə imkan verir ki, bu gün iqtisadiyyat enerji sektorundan daha az asılı olsun. Artıq 2012-ci il başa çatır. Bu ilin yekunları da bunu göstərir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faizə yaxın artıb. Bu da dünya miqyasında, xüsusilə, böhranlı illərdə çox yüksək göstəricidir.

Növbəti illərdə bu gün icra edilən layihələrin başa çatması və yeni layihələrin icra edilməsi nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Mən bu məsələ ilə bağlı artıq əvvəlki dövrlərdə fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişəm. İqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevrilmək üçün, əlbəttə ki, bölgələrin inkişafı lazımdır. Biz son illər ərzində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bu istiqamətdə də böyük nailiyyətlərə çata bilmişik. İşsizlik azalıb. Yoxsulluq böyük dərəcədə - beş dəfə azalmışdır. Bu gün Azərbaycana xaricdən işləmək üçün gələnlərin sayı artır və bu məqsədlə vaxtilə Miqrasiya Xidmətini yaratdıq ki, əmək resurslarının səmərəli şəkildə tənzimlənməsi üçün bizdə işlək mexanizm olsun.

Növbəti illərdə Azərbaycanın uğurlu inkişafı heç kimdə şübhə doğurmur - nə ölkə əhalisində, nə beynəlxalq maliyyə qurumlarında. Bizim bütün iqtisadi proqnozlarımız çox müsbət və çox təsirlidir. Əlbəttə, hər birimiz çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gözəlləşdirək. Xüsusilə, bölgələrdə abadlıq-quruculuq işləri daha da sürətlə getməlidir. Biz bu inkişafı Füzuli rayonunun timsalında görürük. Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Mən yenə qeyd etmək istəyirəm ki, Prezident kimi dördüncü dəfədir Füzuliyə səfər edirəm. Son səfərimdən sonra keçən dövr, doğrudan da Füzuli rayonu üçün çox böyük uğurlarla zəngin olan bir dövr olmuşdur. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülür və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir diyardır. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışlar. Müharibə dövründə böyük qəhrəmanlıq göstərmişlər.

Ulu öndər Heydər Əliyev Füzuliyə daim böyük diqqət göstərmişdir - həm 1970-ci illərdə Azərbaycanda rəhbərlik edəndə, eyni zamanda, müstəqillik dövründə. Məhz onun rəhbərliyi ilə Füzulinin 22 kəndi işğalçılardan azad edilmişdir. Bu gün bu ərazilərdə həyat qaynayır, inkişaf edir. Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcəkdir. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq. Çünki ölkəmizin artan qüdrəti, beynəlxalq nüfuzu, ölkədə gedən müsbət proseslər bizim gücümüzü artırır.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz sahibidir, böyük hörmətə malik olan ölkədir. Təsadüfi deyil ki, 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir və bu gün biz dünyanın ən mötəbər qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük, bu təşkilatda çox fəal və uğurla fəaliyyət göstəririk.

Bu yaxınlarda biz Qoşulmama Hərəkatına üzv olduq və dərhal bu təşkilatın birinci zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox dəyərli qətnamə qəbul edildi. Orada göstərilir ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Yəni, bizim beynəlxalq nüfuzumuz, iqtisadi gücümüz artır, hərbi potensialımız da artır.

Ermənistana gəldikdə isə, onların işğalçı siyasəti özlərini ağır vəziyyətə salmışdır. Onların rəsmi statistik məlumatlarına görə, hər il yüz mindən artıq vətəndaş bu ölkəni tərk edir. Ümidsizlik, özbaşınalıq, səfalət və iqtisadi tənəzzül - bunlardır Ermənistanı başqa ölkələrdən fərqləndirən əlamətlər. Azərbaycan isə inkişaf edir və bizdə olan inkişaf uzunmüddətlidir, dayanıqlıdır. Bir daha demək istəyirəm ki, görülən tədbirlər nəticəsində bu gün Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilibdir. İllər keçdikcə Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşəcək - həm iqtisadi, həm hərbi və həm də demoqrafik sahədə. Bizim əhalinin sayı artır, Ermənistanda isə əhali azalır.

Mən heç şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu deməyə bir neçə əsas amil var - iqtisadi imkanlar, beynəlxalq mövqeyimiz, beynəlxalq hüquq normaları və Azərbaycan Ordusunun qüdrəti. Mən əminəm və bir daha demək istəyirəm ki, işğala son qoyulandan sonra hazırda işğal altında olan bütün torpaqlar gözəlləşəcək, orada abadlıq işləri aparılacaq, yeni müəssisələr yaradılacaqdır. Biz öz tarixi və dini abidələrimizi bərpa edəcəyik. Erməni faşizminin, erməni vəhşiliyinin törətdiyi cinayətlərin fəsadlarını aradan qaldıracağıq. Ölkəmiz uğurla inkişaf edəcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün biz bütün sahələrdə daha da fəal olmalıyıq. İlk növbədə ölkə daxilində proseslər müsbət istiqamətdə gedir və getməlidir.

Mən bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Füzulidə son illər ərzində görülən işlərlə bağlı sizi təbrik etmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən Prezident kimi bundan sonra da Füzuli rayonunun inkişafı ilə bağlı səylərimi göstərəcəyəm. Daim bu məsələ diqqət mərkəzində olacaqdır. Biz hələ çox-çox görüşəcəyik, çünki Füzulidə gələcəkdə böyük işlər görüləcək, böyük açılışlar olacaqdır. Bir daha sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:20
“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-V...

14 noyabr 2018, 19:20
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:10
“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331...

14 noyabr 2018, 19:10
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
19:00
“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1333-VKQ nömrəli Konstitusiya Qanununu...

14 noyabr 2018, 19:00
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:48
“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbayca...

14 noyabr 2018, 18:48
SƏNƏDLƏRQanunlar14 noyabr 2018
18:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmonun Birgə Bəyanatının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Taciki...

14 noyabr 2018, 18:40
SƏNƏDLƏRFərmanlar14 noyabr 2018
18:30
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 173 nömrəli Fərmanı (Azərbaycan Resp...

14 noyabr 2018, 18:30
SƏNƏDLƏRSərəncamlar14 noyabr 2018
18:17
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1307-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr ta...

14 noyabr 2018, 18:17