Azərbaycan Respublikasının 2012-ci il 2 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikasının medalı haqqında ƏSASNAMƏ
16 noyabr 2012, 19:20
Maddə 1. Təltif edilən şəxslər
“Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluğunun hər il martın 19-dək 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan işçilər vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.
Maddə 2. Medalın dərəcələri
2.1. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır:
2.1.1. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 20 il qüsursuz qulluq edən şəxslərə;
2.1.2. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 15 il qüsursuz qulluq edən şəxslərə;
2.1.3. “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – miqrasiya orqanlarında azı 10 il qüsursuz qulluq edən şəxslərə verilir.
2.2. ”Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikası medalının ən yüksək dərəcəsidir.
Maddə 3. Təltif edən orqan
Miqrasiya orqanlarının işçilərini “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikasının medalı ilə müvafiq icra hakimiyyəti orqanı təltif edir.
Maddə 4. Döşə taxılma qaydası
“Miqrasiya orqanlarında qüsursuz qulluğa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.