İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış etmişlər

18 oktyabr 2012, 12:30
İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış etmişlər

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç mətbuata bəyanatlarla çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Cənab Sədr!

Əziz qonaqlar, xanımlar və cənablar!

Bosniya və Herseqovinadan olan dostlarımızı, cənab Sədrin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanda salamlamaqdan şadam. Bu, tarixi səfərdir. Bu, bizim münasibətlərimizin tarixində ilk yüksək səviyyəli səfərdir. Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi vardır. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaqdır. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində.

Bu gün biz ikitərəfli gündəliyimizdə olan məsələlərə dair geniş müzakirə apardıq. Şübhəsiz ki, siyasi dialoq genişlənir. Biz Bosniya və Herseqovinaya BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizlə bağlı göstərdiyi dəstəyə görə minnətdarıq. Biz də öz tərəfimizdən Sizin ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik.

Eyni zamanda, biz iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə etdik. Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi vardır. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir. Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik.

Bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün əsas məsələdir. Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından əziyyət çəkir. Bu, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi ermənilərin işğalı altındadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin

beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli bütün ölkələr üçün əlverişli olacaqdır.

Bizim ölkələrin bir çox oxşarlıqları vardır. Hər iki ölkə başqa bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir sıra ciddi çağırışlar, problemlər və ölkələrimizə qarşı təcavüz ilə müşayiət olunub. Biz təcavüz, işğal və dağıntılardan əziyyət çəkmişik. Bu, həmçinin bizi birləşdirən cəhətdir. Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir.

Buna görə də biz bir-birimizi çox yaxşı başa düşürük. Biz bir-birimizin problemlərini başa düşürük, bir-birimizin ağrısını duyuruq. Ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən kəşf etməkdəyik. Əminəm ki, biz regional əməkdaşlığın nümunəsi olacaq tərəfdaşlıq quracağıq.

Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələri gercəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın inkişafında çox maraqlıdır.

Bu gün biz cənab Sədr ilə enerji, xüsusən də təbii qaz sahəsində əməkdaşlığın imkanlarını müzakirə etdik. Azərbaycanın böyük ehtiyatları və potensialı vardır. Biz mühüm boru kəmərləri layihələri icra edirik. Bir sözlə, əminəm ki, Bosniya və Herseqovina Sədrinin səfəri əlaqələrimizin tarixində ən mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Nəticədə bizim ölkələr daha da yaxın olacaq və gələcəkdə biz mühüm işlər görəcəyik. Bir daha, cənab Sədr, Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sizə ölkəmizdə vaxtınızı xoş keçirməyinizi arzu edirəm.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin bəyanatı

- Təşəkkür edirəm, cənab Prezident!

Qonaqpərvərliyə, çox xoş və ruhlandırıcı sözlərə, həmçinin tariximizin ən çətin dövründə Sizin ölkənizin və xalqınızın bizə verdiyi dəstəyə görə çox minnətdaram.

Biz oxşar tarix yaşamışıq. Hətta oxşar əlamətdar illər belə üst-üstə düşür: əvvəlcə kommunist rejimində yaşamağımız, daha sonra 1990-cı ildə ölkələrimizdə demokratiyanı inkişaf etdirməyə başlamağımız, 1992-ci ildə çətinliklərlə üzləşməyimiz və digər tarixlər. Bizim xalqlarımız, dövlətlərimiz soyqırımı problemi, təcavüzlə, ölkənin parçalanmasına yönələn cəhdlərlə üzləşib.

Bosniya və Herseqovina sərhədləri güc vasitəsilə dəyişməyə cəhd göstərənləri heç vaxt dəstəkləməyəcəkdir. Bu məsələdə bizə güvənə bilərsiniz.

Qeyd etdiyiniz kimi, əlaqələrimizi niyyətlərdən konkret hərəkətə yönəltməyin vaxtı çatıb. Məsələn, iqtisadi əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi, sərmayə qoyuluşu və sairə. Bosniya və Herseqovina Azərbaycana maraq göstərir. Sizin yüksək keyfiyyətli və münasib qiymətə təklif etdiyiniz təbii qazınız vardır. Böyük qaz istehlakçısı olduğumuza görə biz alternativlər axtarmalıyıq. Eyni zamanda, biz Sizin sərmayələrinizdə də maraqlıyıq.

Bosniya və Herseqovinada kənd təsərrüfatı və sənayenin müxtəlif sahələrinin inkişafına maraq vardır. Bizdə turizmin inkişafı üçün imkanlar mövcuddur. Amma biz, ilk növbədə, qarşılıqlı səfərlər həyata keçirməliyik. Bu gün biz bir sıra sənədlər imzaladıq ki, bunlar da ölkələrimiz arasında daha asan münasibətlər qurmağa, nümayəndə heyətlərinin, iş adamlarının qarşılıqlı səfərlərini və digər məsələləri mümkün edir. Əminəm ki, Sizin dediyiniz kimi, bizi gələcəkdə daha yaxşı münasibətlər gözləyir.

İstərdim Sizi yenidən Bosniya və Herseqovinaya səfərə dəvət edim. Bildiyimə görə, Siz təqribən 14 il əvvəl çox hörmətli atanızla bizim ölkədə səfərdə olmusunuz. Zənnimcə, bizim gözəl ölkəmizə bir daha səfər etməyinizin vaxtı çatıb. Düşünürəm ki, Azərbaycana səfərə gələcək bosniya və herseqovinalılar mənim kimi Sizin ölkənizin və paytaxtınızın gözəlliyinə heyran olacaqlar. Nümayəndə heyətimizin üzvləri və mən Bakının gözəlliyinə heyran qaldıq. Bir daha təşəkkür edirəm.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35