29 noyabr 2021, 10:00

Mübariz Kərimovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Soçi şəhərində keçirilən üçtərəfli görüşdə Azərbaycan dövlətinin və xalqının maraqlarının müdafiəsi naminə göstərdiyiniz qətiyyət və fədakarlıq bizdə qürur hissi yaratdı.

Cənab Prezident, biz Sizinlə fəxr edirik. Mən Qarabağ müharibəsi veteranı və bir vətəndaş kimi bu görüşü qürurla izlədim. Siz özlərini böyük dövlət hesab edən, əslində isə haqsızın tərəfini saxlayan bir qrup qərb dövlətlərinə kimin-kim olduğunu göstərdiniz. Bu səbəbdən bütün dünya mediası Sizin qətiyyətli mövqeyi olan siyasətçi olduğunuz barədə yazır.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Sizə olan ehtiram hamımızı qürurlandırdı. Türkdilli dövlətlər arasında dostluq və birlik təşəbbüsləriniz və misilsiz fəaliyyətinizlə ildən-ilə güclənir. İstər Türk dünyasında, istərsə də bütün dünyada Siz güclü Lider kimi tanınır və sevilirsiniz.

Müzəffər Ali Baş Komandan, Sizin rəhbərlik etdiyiniz ölkənin vətəndaşı olmağımla fəxr edirəm.

Hörmətlə,

Kərimov Mübariz Tərlan oğlu

Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Yevlax şəhəri.