27 noyabr 2021, 16:00

Nadir Zeynalovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bəşər tarixində hər əsrdə bir dahi şəxsiyyət dünyaya gəlir. Dahi şəxsiyyət öz xalqının qəhrəmanı olmaqla yanaşı, bəşər tarixində də silinməz iz qoyur, bir günəş tək daim yaşayır. Ulu öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərin qəlbindən və ruhundan gələn, kövrək duyğularla söylədiyi “Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam” sözləri hər bir azərbaycanlının yaddaşına əbədi həkk olunaraq, onun öz xalqına, öz torpağına necə böyük hisslərlə bağlı olduğunun bariz nümunəsidir.

Cənab Prezident, Ulu Öndərimizə həsr etdiyim şerimi Sizə təqdim edirəm.


Səhraları sən etsən də xiyaban

Xalqım gəzər öz yurdunda bağrı qan

Azad etsən sən Şuşanı bir zaman

Ruhum olar əbədi bir gülüstan

Gəl qəbrimi ziyarətə Qəhrəman!


Azad vətən, azad insan,

Sən azadsan yaranmışdan

Günəş qalxdı göy üzünə

Həyat güldü ömrümüzə

Ulu Öndər, dahi insan,

Sən dünyaya bir yol açdın

Qoca Şərqin qapısından.

Alovlandı mavi Xəzər

Bir tarixsən xalqına Sən

Milyon-milyon insanları

İsidirsən ocağından

Ölkələrə nur verirsən

Azərbaycan torpağından.

İnsan oğlu, sən ölməzsən

Sən dünyaya bir örnəksən

Zaman-zaman Sən ucaldın

Zirvələri keçib aşdın

Fəzalara qanad açdın.

İdrakınla Sən əbədi

Bir iz qoydun Yer üzündə

Günəş kimi qalacaqsan

Sən tarixin səhifəsində

İnsan oğlu, o, ölməzdir

Yaşar Odlar ölkəsində!

Hörmətlə,

Zeynalov Nadir Hüseyn oğlu

Birinci Qarabağ müharibəsi veteranı

Azərbaycan Respublikası, Bakı şəhəri.