27 noyabr 2021, 14:27

Murad Quliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan xalqı 44 günlük müharibədə tarixi qələbəsini Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə qazandı. Sizin düzgün siyasətiniz, ölkəmizin iqtisadi gücü, müasir ordu quruculuğu, Azərbaycan xalqının əzmi və iradəsi şanlı qələbəmizi təmin etdi.

Qazandığımız uğurlara görə xalqımız Sizə minnətdardır. Bu sətirləri Sizə Qarabağ müharibəsi qazisinin qürurlu atası kimi yazıram. Oğlum Vətən uğrunda sağlamlığını itirsə də, daim qayğı ilə əhatə olundu. Hazırda oğlumun müalicəsi davam edir. Bu diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.

Ailəmiz hər zaman Vətən uğrunda bütün əmrlərinizə hazırdır.

Uca Tanrı Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Quliyev Murad Zakir oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.