26 noyabr 2021, 18:33

Cəlil Əkbərovdan, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi qədim Naxçıvandan salamlayır, Şərurun Yengicə kənd sakinləri adından Qarabağın azadlığı və bərpası üçün gördüyünüz işlərə görə minnətdarlığımı bildirirəm.

Sizin sayənizdə xalqımızın yaddaşından 30 illik həsrət silinmiş, köçkün düşən vətəndaşlarımızın öz doğma yurduna qayıtmaq arzusu reallığa çevrilmişdir.

Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olan zabitin valideyni kimi sevincli və qürurluyam. 44 günlük müharibə xalqımızın Sizin ətrafınızda necə sıx birləşdiyini bir daha göstərdi.

Ordumuzun qələbəsində payı olan qazilərimizə, şəhidlərimizin ailə üzvlərinə göstərilən qayğı Sizin diqqətinizin nəticəsidir. Xalqımızın hər bir üzvü bilir ki, Siz onun arxasındasınız.

Vətən müharibəsində sağlamlığını itirən oğlumla bağlı müraciətimə dərhal baxılması, üzləşdiyimiz problemlərin qısa müddətdə həll olunması bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.

Ailəm adından Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram, cənab Prezident.

Yaşasın Ali Baş Komandan.

Hörmətlə,

Cəlil Əkbərov

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Yengicə kəndi.