27 noyabr 2021, 12:05

Vüsal Abdullayevdən, Beyləqan, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən Beyləqan şəhər sakiniyəm, hərbi əliləm. Çətinliklə üzləşəndə Sizi hər zaman özümüzə ümid yeri, pənah ünvanı bilmişik. Həmişə də ümidlərimiz doğrulub, çətinliyimiz aradan qaldırılıb.

Bu yaxınlarda Sizə etdiyim müraciətə lazımi qaydada baxıldığı üçün çox razı qaldım. Sizin diqqət və qayğınızı öz üzərimdə hiss etdim. Bunun üçün Sizə çox minnətdaram.

Allah Sizdən razı olsun.

Hörmətlə,

Vüsal Abdullayev

Hərbi əlil

Azərbaycan Respublikası, Beyləqan şəhəri.