27 noyabr 2021, 10:00

Ruslan Feyziyevdən, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən Vətən müharibəsi iştirakçısıyam. Əmim də vaxtilə torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüş və şəhid olmuşdur. Bizim ailə hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Sizin tərəfinizdən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişəm.

Müharibədən qayıtdıqdan sonra işsiz idim. Bununla əlaqədar Sizə müraciət ünvanlamışdım və işlə təmin olunmağıma kömək göstərilməsini xahiş etmişdim. Müraciətim müsbət həll olundu və mən işlə təmin edildim.

Müzəffər Ali Baş Komandan, xalqımız Sizə, Siz də xalqımıza dayaqsınız. Özünüzün də dediyiniz kimi: “Biz birlikdə güclüyük!”.

Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

Feyziyev Ruslan Vidadi oğlu

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.