Rəşad Rüstəmovdan, Sabirabad, Azərbaycan
25 noyabr 2021, 15:54
Hörmətli cənab Prezident.
Fəxr hissi ilə bildirmək istəyirəm ki, Sizin rəhbərliyinizlə aparılan mühüm işlər nəticəsində Azərbaycanın gücü, qüdrəti get-gedə artmaqdadır. Son hadisələr ölkəmizin, dövlətimizin, xalqımızın gücünü yenidən göstərdi. Ümummilli lider Heydər Əliyevin siyasi mirası olan YAP ötən 29 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçib, siyasi ləyaqət etalonu yaradıb.
Mən 1992-ci ildən YAP-ın üzvüyəm, 2000-ci ildən etibarən ərazi sədri vəzifəsində çalışıram. Bu partiyanın üzvü olduğum üçün hər zaman fəxr edirəm.
Cənab Prezident, Sizi Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə təbrik edir, Sizə cansağlığı arzu edirəm. Azərbaycanımızın çiçəklənməsi naminə yorulmaz fəaliyyətinizdə Sizə yeni uğurlar diləyirəm.
Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
Rüstəmov Rəşad Əlisa oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Əlicanlı kəndi.