K.B.Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

23 noyabr 2021, 16:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Bayram oğlu Əliyevə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2021-ci il