25 noyabr 2021, 11:48

Cahid Əzizlidən, Göyçay, Azərbaycan

Hörmətli və Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə və şəhidlərimizin qanı, canı bahasına torpaqlarımız işğaldan azad olundu. Siz qətiyyətinizlə xalqımızın 30 illik həsrətinə son qoydunuz. Biz Qarabağ qaziləri də bütün Azərbaycan xalqı kimi Sizinləyik və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hazırıq.

Sizin şəhid ailələrinə və biz Qarabağ qazilərinə göstərdiyiniz diqqət, qayğı bizi çox sevindirir. Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial rifahının gücləndirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Həmçinin qazilərin özünüməşğulluq layihəsinə cəlb olunması da göz önündədir. Bununla bağlı bildirmək istəyirəm ki, mən 11 saylı ərazi məşğulluq mərkəzinə müraciət etmişdim. Məni özünəməşğulluq lahiyəsinə cəlb etdilər, istixana avadanlığı ilə təmin etdilər. Bu köməkliyə görə Siz başda olmaqla, əməyi keçən hər kəsə öz minnətdarlığımı bildirirəm.

Sizə uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Əzizli Cahid Mirismayıl oğlu

Azərbaycan Respublikası, Göyçay rayonu, Çərəkə kəndi.