Rövşən Əhmədovdan, Ağcabədi, Azərbaycan
24 noyabr 2021, 15:44
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan
Sizi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının bütün üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, yenidən ərazi bütövlüyünə qovuşmuş doğma Azərbaycanımızın inkişafı naminə fəaliyyətinizdə uğurlar diləyirik.
Cənab Ali Baş Komandan!
Sizin Müzəffər Ali Baş Komandan və qalib sərkərdə kimi fəaliyyətiniz nəticəsində 30 ilə yaxın müddətdə xalqın ürəyində qövr eləyən “Qarabağ yarası”na son qoyuldu, zaman - zaman itirdiyimiz torpaqlarımız geri alındı, işğaldan azad edilən ərazilərdə misli görünməmiş quruculuq və bərpa işləri başlanmışdır.
Siz ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq verdiyiniz bütün vədləri, o cümlədən iqtidar-ordu-xalq birliyi sayəsində erməni işğalçılarından torpaqlarımızın azad olunmasını təmin edərək xalqı tərəfindən sevilən dövlət başçısına çevrildiniz.
Bir daha Sizi partiyanın təsis edilməsinin 29-cu ildönümü münasibətilə təbrik edir, Sizə şəxsən öz dərin hörmət və məhəbbətimi bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram.
Ulu Tanrı Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Əhmədov Rövşən, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.