Asif Məmmədovdan, Göyçay, Azərbaycan
24 noyabr 2021, 14:33
Hörmətli cənab Prezident.
Bütün Azərbaycan xalqı kimi biz də Sizin apardığınız daxili və xarici siyasətinizi ürəkdən dəstəkləyirik və bəyənirik.
Sizin rəhbərliyinizlə və şəhidlərimizin qanı, canı bahasına işğal altında olan torpaqlarımız azad olundu. Siz qətiyyətinizlə xalqımızın 30 illik həsrətinə son qoydunuz. Biz Qarabağ qaziləri də bütün Azərbaycan xalqı kimi Sizinləyik və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hazırıq.
Sizin şəhid ailələrinə və biz Qarabağ qazilərinə göstərdiyiniz diqqət, qayğı bizi çox sevindirir. Onların sosial rifahının gücləndirilməsi dövlətimizin bu sahəyə diqqətinin bariz nümunəsidir. Həmçinin qazilərin işlə təmin olunması və özünüməşğulluq layihəsinə cəlb olunmasında dövlətin dəstəyi əvəzsizdir.
Bu yaxınlarda mən də Sizin sayənizdə işlə təmin olundum. Buna görə Sizə şəxsən öz minnətdarlığımı bildirirəm. Ulu Tanrıdan Sizə uzun ömür, cansağlığı arzulayıram.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Məmmədov Asif Hikmət oğlu
Azərbaycan Respublikası, Göyçay rayonu, Şahsoltanlı kəndi.