24 noyabr 2021, 12:40

Namiq Yarıyevdən, Cəlilabad, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi 21 noyabr Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizin uzaqgörən siyasətinizin, Vətən, xalq sevginizin qarşısında baş əyirik. Sizin qətiyyətiniz, iradəniz və cəsarətiniz sayəsində xalqın 30 illik həsrətinə son qoyularaq, 44 günlük Vətən müharibəsində böyük Qələbə qazanıldı. Siz Azərbaycan xalqının qalib xalq olduğunu bütün dünyaya sübut etdiniz.

Dəyərli Prezidentimiz, Sizə olan sevgimiz və hörmətimiz sonsuzdur. Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıram.

Bu çətin və şərəfli işinizdə Allah Sizə yar olsun.

Hörmətlə,

Yarıyev Namiq

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.