23 noyabr 2021, 17:55

Yunis Rəhimovdan, Bakı, Azərbaycan


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Sizi "Türk Dünyasının Ali Ordeni" ilə təltif olunmağınız münasibətilə təbrik edirəm.

Cənab Ali Baş Komandan,

Sizin mükəmməl siyasətiniz nəticəsində gözəl Qarabağımız 30 illik işğaldan azad oldu. Sizin sayənizdə bizim ərazi bütövlüyümüz bərpa oldu. Buna görə Sizə çox minnətdaram.

İnanıram ki, yaxın gələcəkdə açılacaq olan Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, iqtisadiyyatımıza müsbət təsir göstərəcəkdir.

Sizə və ailənizə uzun ömür, cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Rəhimov Yunis Hafiz oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.