23 noyabr 2021, 14:30

Anar Şahmuradovdan, Ağdaş, Azərbaycan


Möhtərəm cənab Prezident,

Sizi Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə təbrik edir və müstəqil Azərbaycanımızın, xalqımızın firavan gələcəyi naminə gördüyünüz misilsiz işlərdə uğurlar arzulayıram.

Ölkəmizin çətin günlərində xalqın yekdil istəyi ilə ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin əsl nicat yolu oldu. Ötən 29 il ərzində xalqın etimadını dəfələrlə doğrultmuş olan Yeni Azərbaycan Partiyası xalqın partiyası statusunu qazanmışdır. Bu gün Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideya və arzularını özündə yaşadan siyasi institutdur.

Partiyamızın banisi, ümummilli liderimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyası haqqında qeyd edirdi: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır". Bəli, müstəqil Azərbaycanın dünəni Yeni Azərbaycan Partiyası tərəfindən qurulmuş, bu günü isə Zəfər ovqatı ilə yaşanmaqdadır. Ölkəmizin firavan gələcəyi də məhz Yeni Azərbaycan Partiyasının siyasi dəst-xətti ilə yazılacaq.

Möhtərəm Prezident, dəyərli Sədr! Bir daha Sizi Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə təbrik edir, Allahdan Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Ulu Tanrı Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

Şahmuradov Anar Raqif oğlu, YAP Ağdaş rayon təşkilatının fəalı.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Kotanarx kəndi