23 noyabr 2021, 11:49

Əzgərli Ziba və başqalarından, Masallı, Azərbaycan


Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan

Azərbaycanın iqtisadi, siyasi inkişafı, milli dəyərlərimizin qorunması və təbliği, torpaqlarımızın işğaldan azad edilməsi, azad olunmuş torpaqlarda misilsiz quruculuq işlərinin uğurla davam etdirilməsi Sizin əzminizin nəticəsidir. Xüsusən 44 günlük müharibə dövründə məhz Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun göstərdiyi igidlik və rəşadət dünya hərb tarixinə bir nümunə oldu. Ölkədə apardığınız daxili və xarici siyasət diplomatiya meydanında qazandığınız davamlı qələbələr sizi əsl lider kimi xarakterizə edir.

Hər zaman verdiyiniz sözlərə əməl etməyiniz, ədaləti yorulmadan müdafiə etməyiniz, səbir və dəyanətiniz, təşəbbüskarlığınız, hər məsələyə diqqətli yanaşmaq bacarığınız Sizi xalqın gözündə daha da ucaltmışdır.

Türk dünyasının inkişafı və gələcəyinin qurulması yolunda göstərdiyiniz misilsiz xidmətlərlə bütün dünyaya bir daha sübut etdiniz ki, Azərbaycanın qətiyyətli və prinsipial dövlət başçısı, düşünülmüş və uzaqgörən siyasət yürüdən Lideri var. Azərbaycanın tarixində misli görünməmiş uğurlara qızıl hərflərlə imza atan dahi şəxsiyyət kimi Sizə “Türk Dünyasının Ali Ordeni”nin təqdim edilməsi münasibətilə Masallı rayonunun şəhid ailələri tərəfindən təbrik edirik.

Hörmətlə,

Əzgərli Ziba, şəhid, Vətən Müharibəsi Qəhrəmanının anası,

Qədiməliyev Gündüz, şəhid atası,

Qurbanov Hafiz, şəhid atası,

Qasımov Baloğlan, şəhid atası,

Bağırov Nurəddin, şəhid atası,

Məmmədov Vüsal və başqaları (31 nəfər).

Azərbaycan Respublikası, Masallı rayonu.