23 noyabr 2021, 17:01

Orxan İsmayılovdan, Mingəçevir, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Qarabağın azadlığı ilə Azərbaycan tarixinin gözəl səhifələrini yazdınız. Bu şərəfli tarixin səhifələrinin yazılması bu gün də davam edir. Hər qərarınız, hər addımınız bizi qürurlandırır, sevincə qərq edir.

Mən Vətən müharibəsi şəhidinin ailə üzvüyəm. Yaxın qohumlarımdan Qarabağ müharibəsi qaziləri də var.

Şəhid ailələrinə qayğı və dəstək Sizin fəaliyyətinizin ana xəttidir. Biz şəhid ailələri bunu hər zaman hiss edir, qürurlanır və fəxr edirik ki, Sizin kimi Prezidentimiz var.

Mənə şəhid ailəsi kimi verilən qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həm öz ailəmin, həm qohumlarım olan qazilərin sosial problemlərini həll etməyə çalışacağam.

Mingəçevirdə yaşayan bütün şəhid ailələrinin və qazilərin adından bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlıq bildirir, cansağlığı və firavanlıq arzulayıram.

Allah daim Sizə yar olsun, hər zaman Sizi qorusun!

Hörmətlə,

İsmayılov Orxan Fərman oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.