26 oktyabr 2021, 10:00

Fazilə Orucovadan, Füzuli, Azərbaycan


Möhtərəm cənab Prezident.

44 günlük Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə Siz bizim solmuş çiçəklərə bənzəyən ümidlərimizə can verdiniz, puç olduğunu düşündüyümüz arzularımızı gerçəkləşdirdiniz. Sizin qətiyyətiniz, iradəniz, uğurlu siyasətiniz sayəsində biz qalib ölkənin qalib vətəndaşları olmaq qürurunu yaşayırıq. Fəxr edirəm ki, başımızı uca, alnımızı açıq edən Sizin kimi məğrur Liderimiz var.

Cənab Prezident, Siz bu Qələbə ilə ölkəmizin ərazi bütövlüyün bərpa etdiniz, dövlətimizin gücünü, qüdrətini, xalqımızın birliyini, mübarizliyini bütün dünyaya sübut etdiniz. Sizin “dəmir yumruğ”unuz, Ordumuzun şücaəti, xalqımızın birliyi nəticəsində düşmən qarşımızda diz çökdü. Hər bir azərbaycanlı 30 il işğal altında qalmış torpaqlarımızı bu gün azad görməyin sevincini, milli qürur hissini yaşayır. Bu xoşbəxtliyi bizə Siz bəxş etdiniz.

Təşəkkürlər, Azərbaycan xalqının xilaskarı.

Təşəkkürlər, Müzəffər Ali Baş Komandan.

Hörmətlə,

Orucova Fazilə

Füzuli rayon 45 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Azərbaycan Respublikası, Füzuli rayonu.