25 oktyabr 2021, 19:00

Vüqar Ağakişiyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz ölkə vətəndaşlarının sosial problemlərinin həllinə, onların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət yetirirsiniz. Sizin ölkəmizə rəhbərliyiniz dövründə insanları narahat edən bir çox məsələlər öz həllini tapmışdır.

Mən və ailə üzvlərim Sizin necə humanist və qayğıkeş dövlət başçısı olduğunuzu bildiyimizə görə üzləşdiyimiz problemlə əlaqədar Sizə müraciət etmişdik. Müraciətimizə baxıldı və məsələ operativ şəkildə öz həllini tapdı.

Əziz Prezidentimiz, bizə göstərilən köməyə görə Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkür edirəm. Çox sağ olun!

Allah Sizi qorusun!

Dərin hörmətlə,

Ağakişiyev Vüqar

Azərbaycan Respublikası, Abşeron rayonu, Novxanı kəndi.