25 oktyabr 2021, 18:30

Möhübbət Məmmədovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Torpaqlarımız işğaldan azad olunandan sonra doğma Ağdamımıza yeni nəfəs gəldi. Azad olunan kəndlərlə yanaşı digər yaşayış sahələrinin sakinləri də rahat yaşamağa başlayıblar.

Hacıməmmədli kəndi Ağdamın qədim kəndlərindəndir. Əsrlərdir burada yaşayan əcdadlarımız milli dəyərlərimizi qoruyublar.

Son vaxtlar bizim kənddə də abadlıq və quruculuq işləri gedir, kəndimiz günbəgün, aybaay gözəlləşir. Bundan əlavə kəndimizin şəhid ailələrinə, qazilərinə xüsusi qayğı göstərilir.

Bu yaxınlarda kəndimizin yollarına da keyfiyyətli asfalt çəkildi. Əvvəllər işıq və su təchizatında olan problemlər tam aradan qaldırılıb. Həm işğaldan azad olunan ərazilərdə, həm digər kəndlərdə aparılan quruculuq işləri bizi sevindirir.

Cənab Prezident, bu diqqət və qayğıya görə Sizə təşəkkür edir və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Məmmədov Möhübbət

Azərbaycan Respublikası, Ağdam rayonu, Hacıməmmədli kəndi.