25 oktyabr 2021, 18:00

Oktay Əsgərovdan, Qubadlı, Azərbaycan

Müzəffər Ali Baş Komandan,

Azərbaycan Respublikasının torpaqlarını erməni quldurlarından azad etdiyiniz üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Siz ermənilərə çox yaxşı dərs verdiniz. Onlar Azərbaycan xalqına əsrlər boyu yaşatdıqları müsibətlərin layiqli cavabını aldılar.

Bu gün mən kəndimizə gedə bilirəmsə, bu, Sizin, Ordumuzun, qazi və şəhidlərimizin uğurudur. Əminəm ki, Sizin rəhbərliyinizlə işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən dirçələcək, həyat o yerlərdə öz axarına düşəcəkdir. Tutduğunuz bu haqq yolunda Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Əsgərov Oktay Rəşid oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Xələc kəndi.