25 oktyabr 2021, 17:00

Telman Həmidovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsində qazandığımız Zəfər mən şairin qəlbini riqqətə gətirmiş, yeni şeirlər yazmağa ilham vermişdir. Vətən müharibəsinə və Sizə həsr etdiyim şeirləri ali diqqətinizə təqdim edirəm.

Qarabağ Azərbaycandır!

Heyrətdən dağlar da

Yerində donub.

Türkün damarında

Qaynadı al qan!

Dığalar cücəli

Toyuğa dönüb

Otuz il Ağdamda

Eşələniblər.

Rədd olun-haqq gəlir

Ədalət gəlir.

Üç rəngli bayraqla

Nər əsgər gəlir!

Dinc yolla vermədi

Yağı torpağı

O, aldı hərb ilə

Doğma torpağı!

Dünyaya sığmayır

Şöhrəti, şanı.

Ali Baş Komandan

Çağrılır adı!

Siyasi kursunu

Ulu Öndərin

Aparır inamla

Çox düzgün, dərin!

Hər sözü kəlməsi

Sanki bir almaz

Ata nəsiyyəti

Faydasız olmaz!

Onun qeyrətini

Ellər bilirlər.

Ot kökə üstündə

Bitər deyiblər!

İlhamın zəkası

Gur işıq saçdı

Qarabağ düyünü

Çox tez açıldı!

Tanrı məhəbbəti

Əsgər qeyrəti

Şanlı qırx dörd günü

Tarixə yazdı!

Ali Baş Komandan İlham Əliyev!

Heydərin özütək çox comərd bircə oğlu var.

İlhamdır adı, sanki bir almadır bölünüb yarı

Onun qeyrətini ellər bilirlər

“Ot kökü üstə bitər” - deyiblər

İslam övladıdır Quranın ətri

Onun gördüyü işlərdən gəlir.

Bu Odlar Yurdunun lirik şairi

İlhamı alqışlayır-təbrikə gəlir!

Yanaşıb hər kəsə dost-qardaş kimi

Artıbdır hörməti duz-çörək kimi

Hara qədəm bassam ondan deyirlər

Qeyrətli, namuslu, mərd söyləyirlər!

Gələnlər-gedənlər çoxdur dünyada

Gül açıb sonra da solub tökülür.

Yaxşılar olsa da az-çox həyatda

İlhamın hər zaman yeri görünür

Bax budur min arzum-istəyim düzü

Qoy onu qorusun Tanrının özü!

Hörmətlə,

Həmidov Telman Abuzər oğlu, şair-jurnalist, Qarabağ müharibəsi iştirakçısı.

Azərbaycan Respublikası, Şəki şəhəri.