25 oktyabr 2021, 14:49

Elsevər Novruzovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,

Otuz ilə yaxın erməni əsarətində qalan doğma torpaqlarımız Sizin qətiyyətli siyasətiniz nəticəsində işğaldan azad edildi. Azərbaycan tarixində silinməz izlər buraxan 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə Sizin xidmətləriniz misilsizdir. İstər müharibə zamanı dünya liderləri ilə apardığınız danışıqlar, istərsə də xarici media nümayəndələrinə verdiyiniz cavablar Sizin zəngin idrakınızın təcəssümüdür.

Azərbaycan xalqı Sizin “dəmir yumruğunuz” və güclü iradəniz sayəsində daha bir qəhramanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və tarixi zəfər çaldı.

Uca Allah Sizi, ölkəmizi və xalqımızı qorusun. Xalqımız hər zaman bir nəfər kimi Sizin yanınızdadır.

Hörmətlə,

Novruzov Elsevər Ədalət oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Mərdanlı kəndi.