25 oktyabr 2021, 13:14

Hüseyin Şahverənovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident,

44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Sizin 17 ildə həyata keçirdiyiniz siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi, ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Müzəffər Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə cəmi 44 günə mümkünsüzü mümkün etdi. Otuz il işğal altında olan torpaqlarımız azad edildi. Sizin sayənizdə ədaləti bərpa edərək, Azərbaycanın var olduğunu bəşəriyyətə sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistana yox, bütövlükdə haqsız güclərə qalib gəldi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşur.

Bizə böyük sevinc yaşatdığınız üçün Sizə bir daha təşəkkür edirik. Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Şahverənov Hüseyin Əşrəf oğlu

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.