25 oktyabr 2021, 12:03

Səfi Xanaliyevdən, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin qətiyyətli və uzaqgörən siyasətiniz, Azərbaycan Ordu-sunun döyüş qabiliyyəti və əzmi, möhkəm maddi-texniki bazası, Ordu-Xalq-Prezident birliyi sayəsində qısa müddətdə ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Ordumuza inamı bu tarixi Qələbəni reallaşdırdı və bizə milli qürurumuzun Zəfər sevincini yaşatdı.

Qətiyyətli addımlarınız sayəsində bizə bəxş etdiyiniz sevincə görə böyük Sərkərdə kimi Sizə minnətdarıq.

Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Xanaliyev Səfi Musa oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.