25 oktyabr 2021, 11:28

Kənan İsmayılovdan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Otuz ilə yaxın işğal altında olan torpaqlarımız Sizin rəhbərliyinizlə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları nəticəsində düşməndən azad olundu. Bu, bizi çox sevindirdi. Artıq biz məcburi köçkün deyilik.

Cənab Müzəffər Ali Baş Komandan, güclü Azərbaycan naminə daim Sizin yanınızdayıq. Sizin rəhbərliyinizlə xalqımızın bundan sonra da böyük qələbələr qazanacağına əminik.

Allah Sizi qorusun.

Hörmətlə,

İsmayılov Kənan Sabir oğlu.

Azərbaycan Respublikası, Qubadlı rayonu, Xocahan kəndi.