25 oktyabr 2021, 10:30

Sumayə Muxtarovadan, Şəki, Azərbaycan


Cənab Müzəffər Ali Baş Komandan.

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə başa çatanadək hər gün işğaldan azad olunan torpaqlarımız haqqında məlumatları səbirsizliklə gözləyir, Siz məlumat verdikdən sonra rahat olurduq. Dua edirdik ki, qalan torpaqlarımız da az itki ilə düşmən tapdağından azad olunsun.

Sizin xarici media nümayəndələrinə verdiyiniz tutarlı, məntiqli, tarixi faktlara söykənən dürüst cavablarınız heç vaxt yadımızdan çıxmaz. İkinci Qarabağ müharibəsi və sonrakı quruculuq işləri dövründə xalqımızın vətənpərvərliyi, birliyi, inamı daha da artdı.

Qarşıdan Zəfər Günü gəlir. Sizi – Müzəffər Ali Baş Komandanı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, xalqımızı, bütün əsgər və zabitlərimizi, qazilərimizi, müharibə iştirakçılarını bu münasibətlə bir daha təbrik edir, hamıya cansağlığı, bol-bol uğurlar və gözəl həyat arzulayıram.

Allah Vətən yolunda canını fəda etmiş şəhidlərimizə rəhmət eləsin! Onların valideynləri və ailələri qarşısında baş əyirəm.

Bizə mənəvi dəstək göstərən qardaş Türkiyəyə, Pakistana və digər dövlətlərə minnətdarıq. Bütün dünyaya sülh, əmin-amanlıq arzulayırıq. Qarabağ Azərbaycandır!

Hörmətlə,

Muxtarova Sumayə Mirsaleh qızı.

Azərbaycan Respublikası, Şəki şəhəri.