25 oktyabr 2021, 10:00

Kübra Tarverdiyevadan, Qubadlı, Azərbaycan

Cənab Prezident.

28 ildir ki, biz öz doğma torpaqlarımızdan uzaq düşmüşdük. Sizin qurub-yaratdığınız yenilməz Ordumuz 44 gün ərzində erməni işğalçılarını qovub torpaqlarımızdan çıxartdı. Digər rayonlarımız kimi, Qubadlımız da oktyabrın 25-də azad edildi. Bu günü bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq. Sevinc içərisində böyük qayıdışı gözləyirik. Sizin rəhbərliyinizlə biz Qubadlını, doğma kəndlərimizi abadlaşdıracağıq, daha gözəl günlər görəcəyik.

Sizə və ailənizə cansağlığı arzu edirəm.

Hörmətlə,

Tarverdiyeva Kübra Əhmədiyyə qızı

Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.