23 oktyabr 2021, 15:21

Mürsəl Əliyevdən, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident,

2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi xalqımızın Sizin ətrafınızda yumruq kimi birləşərək düşməni torpaqlarımızdan iti qovan kimi qovması ilə yekunlaşdı. 44 günlük müharibə, “Qarabağ Azərbaycandır!”, “Şuşa sən azadsan” şüarları bir ömür boyu yaddaşlardan silinməyəcək tarix oldu.

Cənab Prezident, Siz hər zaman olduğu kimi müharibə dövründə də xalqı diqqət və qayğınızla əhatə etdiniz. Sizin hər gün televiziyada vüqarlı çıxışlarınız bizə qürur verirdi. Qətiyyətli addımlarınız nəticəsində bizə bəxş etdiyiniz sevincə görə Sizə - böyük Sərkərdəmizə minnətdarıq. Allah Sizi və xalqımızı qorusun!

Hörmətlə,

Əliyev Mürsəl

Azərbaycan Respublikası, Füzuli rayonu, 8 nömrəli Qayıdış qəsəbəsi.