23 oktyabr 2021, 14:36

İbrahim Məmmədov və Şahmar Eyvazovdan, Füzuli, Azərbaycan


Hörmətli cənab Prezident,

44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı Sizinlə - Müzəffər Sərkərdə ilə fəxr edir.

Möhtərəm cənab Prezident, qətiyyətli addımlarınızla bizə yaşatdığınız sevincə görə Sizə Qayıdış qəsəbəsinin sakinlərinin, xüsusən şəhid ailələrinin təşəkkürünü çatdırırıq.

Allah Sizi və ailənizi qorusun, xalqımızın üstündən əskik etməsin.

Daim ucalarda olasınız!

Hörmətlə,

Məmmədov İbrahim Səfiqulu oğlu,

Eyvazov Şahmar Həsi oğlu,

Şəhid ailəsinin üzvləri.

Azərbaycan Respublikası, Füzuli rayonu, Qayıdış qəsəbəsi.