23 oktyabr 2021, 16:10

İlhami İmanovdan, Qubadlı, Azərbaycan


Möhtərəm cənab Prezident.

Doğma Qarabağımızın işğaldan Sizin komandanlığınızla azad olunmasından bir il ötür. Bu bir il ərzində biz ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin sevincini, qürurunu yaşayırıq. Siz hər zaman çıxışlarınızda deyirdiniz ki, nəyin bahasına olursa-olsun, doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu sözləri deyəndə biz həmişə Sizə inanmışıq. Çünki Siz indiyədək xalqa verdiyiniz bütün vədləri yerinə yetirmisiniz.

Hörmətli Prezident, bu Qələbə Sizin uğurlu siyasətinizin, gecə-gündüz yorulmadan göstərdiyiniz səylərin nəticəsidir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmayıb. Bu Qələbə sayəsində Siz Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya göstərdiniz, onu örnək götürülən ölkəyə çevirdiniz. Ona görə də Sizin adınız tariximizə qızıl hərflərlə həkk olunub. Siz Azərbaycan xalqının qəlbində əbədi taxt quran Müzəffər Ali Baş Komandansınız. Sizi çox sevirik.

Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, gərgin və şərəfli işlərinizdə yeni uğurlar diləyirik.

Hörmətlə,

İmanov İlhami Əbdüləli oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Yuxarı Mollu kəndi.