22 oktyabr 2021, 13:27

Dağlar Teymurovdan, Füzuli, Azərbaycan


Möhtərəm cənab Prezident.

Vətən müharibəsində Sizin - Müzəffər Ali Baş Komandanımızın müdrikliyi, möhkəm qətiyyəti, yenilməz Ordumuzun rəşadəti, Sizə güvənən, Sizi sevən xalqımızın birliyi sayəsində qazanılan tarixi Qələbənin ildönümünü böyük iftixar və qürur hissi ilə qeyd edirik. Siz həm siyasi, həm də hərbi sahədə əvəzolunmaz lider və böyük sərkərdə olduğunuzu bütün dünyaya nümayiş etdirdiniz.

Hörmətli Prezident, şanlı Zəfərimiz, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma, bərpa işləri Azərbaycanın nə qədər güclü, qüdrətli dövlət olduğunu bir daha təsdiq etdi. Əlbəttə, bütün bunlara Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində nail olmuşuq. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz gələcəkdə daha böyük nailiyyətlər qazanacaq.

Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Teymurov Dağlar Cabbar oğlu

Vətən müharibəsi qazisi

Azərbaycan Respublikası, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsi.