Səməngül Quliyeva və başqalarından, Qubadlı, Azərbaycan
21 oktyabr 2021, 15:23
Müzəffər Ali Baş Komandan.
Dünyaya nümunə olan 44 günlük Vətən müharibəsi Sizin xalqımızla möhkəm birliyinizin təntənəsinə çevrildi. Milli ruhla, düşmənlərə göstərdiyiniz “dəmir yumruq”la Azərbaycan xalqını ayağa qaldırdınız. “Dəmir yumruğ”unuzla düşmənə bildirdiniz ki, torpaqdan pay olmaz. Şuşanın alınması isə düşməni lərzəyə gətirdi.
Qarabağ arzumuz reallaşıb. İndi biz başqa arzularla yaşayırıq. Biz məcburi köçkünlər öz torpaqlarımıza sevinclə qayıdacağıq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Torpaqlarımızın alınması sanki, bizi yenidən həyata qaytardı. Siz xalqımıza möhkəm dayaq oldunuz. Yaxşı deyiblər: “ağac kökündən bəhrələnir”.
Əziz Prezidentimiz, Siz xalqımızı sevdiyiniz kimi, biz də Sizi sevirik. Sizin yolunuz bizim yolumuzdur, haqq-ədalət yoludur.
Hörmətlə,
Quliyeva Səməngül
Şahbazov Aslan
Hümbətəliyev Yasər
Azərbaycan Respublikası, Qubadlı rayonu, Novlu kəndi.