Əbülfət Alıyevdən, Füzuli, Azərbaycan
21 oktyabr 2021, 16:51
Hörmətli cənab Prezident.
30 ilə yaxin müddət ərzində mənfur düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsində Sizin rəhbərliyiniz altında əldə edilmiş böyük Qələbəmiz Azərbaycanımızın şanlı tarix səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu qələbə hər bir vətəndaşın qəlbində böyük sevinc və iftixar hissi yaratmışdır.
Sizin qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımızın milli qürurunu özünə qaytardı. Gördüyünüz bütün işlərin dövlətimizin və xalqımızın parlaq gələcəyinə xidmət etdiyini bilir və bunu alqışlayırıq.
Biz Sizinlə fəxr edirik. Sizin siyasətinizi daim dəstəkləyir və bundan sonra da dəstəkləyəcəyik. Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzu edirik.
Uca Allah Sizi və xalqımızı hifz etsin.
Hörmətlə,
Alıyev Əbülfət Nuralı oğlu
Şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi.