21 oktyabr 2021, 16:20

Fikrət Rzayevdən, Qubadlı, Azərbaycan


Əziz və hörmətli Prezident.

Azərbaycan xalqı Sizin sarsılmaz iradəniz, qətiyyətiniz və müdrik siyasətiniz sayəsində tarixinin ən möhtəşəm dövrünü yaşayır. Müasir tariximizin ən parlaq səhifəsi olan Vətən müharibəsində qazandığımız şanlı Zəfər əsrlər boyu yaradılmış saxta erməni mifini darmadağın etdi. Ötən illər ərzində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını qurban vermiş şəhidlərimizin qisası alındı.

Cənab Prezident, çox sevinirik ki, işğaldan azad edilmiş torpaqlarımızda bu gün üçrəngli bayrağımız dalğalanır. Çox sevinirik ki, Siz azad edilmiş torpaqlarımıza tez-tez səfərlər edirsiniz, orada həyata keçirilən yenidənqurma tədbirlərində şəxsən iştirak edirsiniz. Sizin Vətənə bağlılığınız, xalqa qarşı məhəbbətiniz bizi olduqca fərəhləndirir. Nə yaxşı ki, bizim Prezidentimizsiniz.

Sizə ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

Rzayev Fikrət Hüseyn oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Qiyaslı kəndi.