21 oktyabr 2021, 14:28

Xəqani Cəlilov və Fərid Əliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin və Mehriban xanım Əliyevanın Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyi diqqət və qayğı danılmazdır. Ölkəmizin bu xoş günlərində Azərbaycan mədəniyyətinin inkişafında biz rəqqasların xidmətləri də nəzərə alınaraq verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı çatdırır, mədəniyyətimizin inkişafı naminə görülən bütün işlər üçün təşəkkür edirik.

Uca Allah Sizi qorusun.

Hörmətlə,

Xəqani Cəlilov

Fərid Əliyev

Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Əməkdar artistlər

Azərbaycan Respublikası, Bakı şəhəri.