21 oktyabr 2021, 15:49

Cəfər Rəsulovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən fəxr hissi keçirirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Otuz ilə yaxın bir zamanda hamımızın nigaranlıqla və həsrətlə, lakin böyük ümidlə gözlədiyimiz bu günləri bizə yaşatdığınız üçün Sizə böyük minnətdarlığımı və təşəkkürümü bildirirəm. Siz, şanlı Ordumuzla birgə tarix yazdınız, cənab Prezident. Bu, yeni Azərbaycan tarixidir. Yuxularımız gerçək oldu. Buna görə xalqımız Sizi daim qəlbində yaşadacaqdır. Adınız qızıl hərflərlə tarix kitablarımıza yazılacaq, qəlblərimizə həkk olacaqdır. Siz müstəqil və müasir Azərbaycanın əfsanəvi qəhrəmanı, Ulu Öndər məktəbinin layiqli varisisiniz. Sizin "Qarabağ Azərbaycandır!" şüarınız min illərin şüarı olacaqdır. Bu qətiyyətli şüarla, bir qəhrəman sərkərdə kimi başladığınız əməliyyatın uğuru və zəfərimiz daim yaşayacaqdır. Siz xalqın qürur mənbəyisiniz.

Mən Sizinlə fəxr edirəm, cənab Prezidentim. Torpaqlarımızın işğaldan azad olunmasının böyük sevincini bölüşür, Sizi və Mehriban xanımı təbrik edirəm.

Eşq olsun Sizə, Ali Baş Komandanımız.

Yaşasın müstəqil və müasir Azərbaycan!

Qarabağ Azərbaycandır!

Uğurlarımızın davamlı olması və bayrağımızı Xankəndidə dalğalandırmaq ümidi ilə,

Cəfər Rəsulov

Azərbaycan Respublikası, Qubadlı rayonu, Aşağı Xocamsaqlı kəndi.