21 oktyabr 2021, 13:19

Vəfa Məmmədzadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin işğaldan azad olunmuş regionlara mütəmadi səfərlərinizi daim böyük maraqla izləyirik. Bu səfərlər, regionlarda görülən hər bir işə şəxsən nəzarət etməyiniz biz vətəndaşlara böyük sevinc və qürur hissi verir.

Bu qəbildən olan Xocavənd-Hadrut səfəriniz də bizlərin böyük fərəhinə səbəb oldu. İşğaldan azad olunmuş rayonumuzun abadlaşdırılması və yenidən qurulmasına göstərdiyiniz bu diqqət və qayğıdan dolayı Sizə öz təşəkkürümüzü bildiririk.

İnanırıq ki, Sizin əməyiniz sayəsində tezliklə Vətənimizin hər qarışı gülüstana dönəcək, qaçqın və məcburi köçkün ailələri uzun illərin həsrətindən sonra öz yurd-yuvalarına geri dönəcəklər.

Sizə bir daha təşəkkür edir, hər zaman, hər bir işdə qalibiyyət arzu edirik.

Hörmətlə,

Vəfa Məmmədzadə

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu.