Məmmədalı Mustafayevdən, Qubadlı, Azərbaycan
21 oktyabr 2021, 13:49
Möhtərəm cənab Prezident.
Sizin uğurlu daxili və xarici siyasətiniz və müzəffər Azərbaycan Ordusuna rəhbərliyiniz nəticəsində torpaqlarımız işğaldan azad olunmuşdur. Eyni zamanda, Siz uzun illər qaçqın və məcburi köçkünləri diqqət mərkəzində saxlamısınız.
Cənab Prezident, Siz görkəmli milli lidersiniz, ölkənizin təhlükəsizliyinin və bütövlüyünün etibarlı əllərdə olduğunu bir daha təsdiqlədiniz. Azərbaycan Ordusunun parlaq Qələbəsi və işğal olunmuş ərazilərinin azad olunması bu əməliyyatın nəticəsidir.
Əminik ki, qısa zaman ərzində Qarabağa mülki əhali qayıdacaq və vaxtilə ermənilər tərəfindən zorla alınmış Azərbaycan torpaqlarında doğma dövlətin tərkibində yeni, dinc, mükəmməl həyat başlanacaq.
Hörmətlə,
Məmmədalı Mustafayev
Azərbaycan Respublikası, Qubadlı rayonu, Hal kəndi.