21 oktyabr 2021, 12:48

Sevinc İsmayılovadan, Qubadlı, Azərbaycan


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsindən artıq 1 il keçir. Zəfər döyüşləri nəticəsində Qarabağ və ətraf rayonlarımız işğaldan azad olundu. Torpaqlar minalardan təmizlənir. İndi rayonlarımıza yollar, elektrik və su xətləri çəkilir. Məcburi köçkünlərin doğma yurdlarına dönüş vaxtı yetişir.

Cənab Prezident, torpaqlarımızın, doğma yurdum Qubadlının azad edilməsinə görə Sizə öz minnətdarlığımı bildirirəm. Azərbaycan naminə gördüyünüz işlərdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

İsmayılova Sevinc İbrahim qızı

Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.