21 oktyabr 2021, 12:26

Zeynəb İskəndərlidən, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Siz Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə adınızı tariximizə qızıl hərflərlə yazdınız. Xalqı ətrafınızda birləşdirib dəmir yumruğunuzla məkrli düşməni əzdiniz və onun havadarlarına ölkəmizin gücünü göstərdiniz. Yüz illər keçəcək, lakin mənfur düşmən Sizin onlara verdiyiniz dərsi unutmayacaq.

Əziz Prezident, xalqımıza bəxş etdiyiniz bu Qələbə bütün qubadlılıları da çox sevindirdi və qürurlandırdı. Torpaq həsrətimizə son qoyduğunuz üçün Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin rəhbərlik etdiyiniz qalib dövlətin qalib vətəndaşlarıyıq.

Sizə cansağlığı, şərəfli işinizdə böyük nailiyyətlər arzu edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zeynəb İskəndərli

Azərbaycan Respublikası, Qubadlı rayonu, Aşağı Mollu kəndi.