21 oktyabr 2021, 12:04

Ramil Zeynalovdan, Qubadlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz gecə-gündüz yorulmadan böyük səylər göstərərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı azad etdiniz, düşmən əzəli torpaqlarımızdan qovuldu, haqq-ədalət öz yerini tapdı. Bu Qələbə gələcək nəsillər üçün tariximizin şanlı səhifəsi kimi yazıldı. Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın, yenilməz Azərbaycan Ordusunun misli görünməyən şücaətləri tarixdə əbədi yaşayacaq. Bu Zəfərin böyük əhəmiyyəti qədirbilən xalqımız tərəfindən hər zaman yüksək qiymətləndiriləcək, heç vaxt unudulmayacaq.

Müzəffər Ali Baş Komandan, Siz Azərbaycan tarixində misli görünməmiş bir qəhrəmanlıq göstərdiniz. Tarixi Qələbə qazanmaqla ulu öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, dünya azərbaycanlılarının başını uca etdiniz. Biz fəxr edirik ki, Sizin kimi liderimiz var.

Sizə, bütün ailə üzvlərinizə cansağlığı və xoşbəxtlik arzulayırıq.

Hörmətlə,

Zeynalov Ramil Şahsuvar oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Padar kəndi.