21 oktyabr 2021, 11:53

Məhəmməd Həbibovdan, Qubadlı, Azərbaycan


Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Doğma xalqına bağlı, dövlətini sevən, ürəyi Vətən eşqi, vətənpərvərlik ruhu, qəlbi azərbaycançılıq sevgisi ilə döyünən, “Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən dövlət başçımıza eşq olsun.

Siz Zəfərinizlə xalqımıza sevinc yaşatdınız. Siz tarixi ədaləti bərpa etdiniz. Siz ata vəsiyyətini yerinə yetirdiniz. Bu Zəfər Sizin apardığınız uğurlu siyasətin nəticəsidir. Siz bu Qələbəni həm döyüş meydanında, həm də informasiya savaşında qazandınız. Siz öz vədinizə əməl etdiniz. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan layiqli cavabını alan Ermənistan "Dəmir yumruq" qarşısında nə qədər gücsüz olduğunu, nəhayət ki, anladı və məğlubiyyətini qəbul etdi.

Cənab Prezident, bir müəllim kimi, bir sabiq polis mayoru kimi, Vətənini, xalqını, Prezidentini ürəkdən sevən bir ziyalı kimi deyirəm: Allah Sizi qorusun.

Hörmətlə,

Məhəmməd Həbibov

Azərbaycan Respublikası, Qubadlı şəhəri.