21 oktyabr 2021, 11:03

Zərqəm İsmayılovdan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Sizin məqsədyönlü siyasətiniz, düzgün taktikanız sayəsində Vətən müharibəsində misli görünməmiş Qələbə qazandıq, düşmən layiqli cavabını aldı, döyüş meydanında hərbi texnikasını qorxaqcasına qoyub qaçdı. Azad Qarabağ Sizin düşünülmüş siyasətinizin nəticəsidir. Siz ən lazımi anda əks-hücum əmrini verməklə necə böyük bir lider olduğunuzu bir daha göstərdiniz. Bütün dünya mənfur düşmənin rəşadətli ordumuz qarşısında tab gətirə bilmədiyinin şahidi oldu. Sizin komandanlığınızla Azərbaycan Ordusunun qazandığı şanlı Zəfər, torpaqlarımızın azad edilməsi hamı kimi bütün qubadlılıların da sevincinə səbəb oldu. Bu xoşbəxt anları bizə yaşatdığınıza görə Sizə minnətdarlığımızı bildiririk.

Cənab Prezident, əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan regionda və daha geniş coğrafiyada yeni uğurları ilə nümunə olacaq və xalqımız daim rifah içində yaşayacaq. Hər zaman Sizin yanınızdayıq.

Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Zərqəm İsmayılov

Azərbaycan Respublikası, Qubadlı rayonu, Məlikəhmədli kəndi.