21 oktyabr 2021, 10:51

Sara Səmədovadan, Qubadlı, Azərbaycan


Hörmətli cənab Prezident.

Mənim 85 yaşım var. Oğlum Birinci Qarabağ müharibəsində şəhid olub. İlk növbədə, bir şəhid ailəsi olaraq bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.

Əziz Prezidentimiz, Sizin rəhbərliyinizlə doğma torpaqlarımız düşmənin işğalından azad edildi. Düzdür, mən bir ana kimi müharibənin olmasını istəməzdim. Amma düşmən bizə başqa yol qoymadı və layiqli cavabını da aldı, ağır məğlubiyyətə uğradı. Fəxr edirəm ki, Sizin kimi müdrik, qətiyyətli Prezidentimiz, ordumuzun belə igid, cəsur əsgərləri var. Hər zaman Sizin yanınızdayıq. Çox sağ olun, cənab Prezident.

Hörmətlə,

Səmədova Sara Xəlil qızı

Azərbaycan Respublikası, Qubadlı rayonu, Dəmirçilər kəndi.