21 oktyabr 2021, 10:25

İbiş Hüseynovdan, Qubadlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində ərazilərimizin işğaldan azad edilməsi bizim üçün ən böyük xoşbəxtlikdir. Mənim 90 yaşım var. Siz torpaqlarımızı düşməndən xilas edib məni ata-baba yurduma qovuşdurmaqla həyatdakı ən böyük arzumu reallaşdırdınız. Qubadlı sakinləri adından Sizə təşəkkür edirəm. Biz Sizi çox sevirik, Sizə inanırıq. Hər zaman Sizin yanınızdayıq.

Allahdan Sizə uzun ömür, cansağlığı, xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gərgin fəaliyyətinizdə yeni uğurlar diləyirik.

Hörmətlə,

Hüseynov İbiş Alı oğlu

Azərbaycan Respublikası, Qubadlı rayonu, Tatar kəndi.