Rəhim Məmmədovdan, Sumqayıt, Azərbaycan
16 oktyabr 2021, 15:20
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Qarabağı azad edən Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm.
Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Bu şanlı Zəfər ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq Sizin müdrik, uzaqgörən siyasətiniz, böyük zəhmətiniz, əzmkarlığınız və qətiyyətiniz sayəsində əldə edildi.
Möhtərəm cənab Prezident, Siz əvəzsiz fəaliyyətinizlə, böyük qətiyyətinizlə yalnız müqəddəs torpaqlarımızı düşmən tapdağından qurtarmadınız, eyni zamanda, haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz.
Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Hörmətlə,
Məmmədov Rəhim Oqtay oğlu
Qubadlı rayonundan məcburi köçkün
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.