15 oktyabr 2021, 17:28

Nuranət Şükürovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağı düşməndən azad etdiyiniz üçün qürur duyan vətəndaşlardan biri olaraq mən Sizə minnətdaram. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Siz bizim Prezidentimizsiniz.

Hər zaman var olun, “dəmir yumruq”lu Müzəffər Ali Baş Komandanımız.

Xalq olaraq biz hər zaman Sizinləyik. Allah Sizə möhkəm cansağlığı, uzun ömür versin. Amin.

Hörmətlə,

Nuranət Şükürova

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu.